Qubanın Yalavanc kəndinin sakinləri də son təbii fəlakətdən zərər çəkib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Xəzər dənizi sahilində yerləşən Yalavanc kəndinin yaxınlığında yerləşən kanalın daşması nəticəsinndə kəndi və əhalinin əkin sahələrini sel suları basıb.
Şabran İcra Hakimiyyətndə fəaliyyət göstərən FHK-sının göndərdiyi texnika sakinləri qismən xilas edib. Əkin sahələri isə tam suyun altında qalıb. Yalavanc kəndində yaşayan fermer İldırım Məmmədov saytımıza açıqlamasında kanalın daşma səbəblərindən birini sakinlərin kanalın qarşısını kəsib şəxsi məqsədləri üçün istifadə etməsi ilə əlaqələndirib.
Bunu yolverilməz hesab edən fermer nəticənin ağır olduğunu qeyd edib. Onun sözlərinə görə su kanalın qarşısı kəsilməsəydi, fəsadlar bu qədər olmazdı.
Dəyən ziyanı Quba FHK araşdırır.
Qeyd edək ki, Qubanın Buduq İƏN-nin tərkibində olan Yalavanc kəndində 60-a yaxın ailə yaşayır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu