Vətəndaşların etibarından sui-istifadə edərək onların maddi vəsaitini dələduzluq yolu ilə ələ keçirən, əvvəllər məhkum olunmuş 41 yaşlı Rasim Yusubov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya bildirilib ki, o, zərər çəkənləri işlə təmin etmək və təqaüd təyin etdirmək barədə yalan vədlər verərək aldadıb.
Dələduzluq yolu ilə Cəlilabad və Masallı rayon sakini olan 8 nəfərin müxtəlif məbləğlərdə pulunu ələ keçirib.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə R.Yusubov barəsində həbs qətimkan tədbiri seçilib.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu