Ağcabədi rayonunda Aşağı Avşar kəndi ərazisində su kanalının kənarından silah-sursat aşkarlanıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əraziyə keçirilən baxış zamanı 1 ədəd "Kalaşnikov" avtomatı, 25 ədəd patron və həmin silaha məxsus daraq götürülüb.
Bundan əlavə, Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakinləri müvafiq sənədləri olmayan 7 ədəd müxtəlif markalı ov tüfəngini polisə təhvil verib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:14 / 23.04.2025
Ağcabədidə su kanalının kənarından avtomat TAPILDI
Hazırda oxunan: Ağcabədidə su kanalının kənarından avtomat TAPILDI
Hazırda oxunan: Ağcabədidə su kanalının kənarından avtomat TAPILDI
245666
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.