PKK aprelin sonuna qədər özünü buraxacaq?

PKK aprelin sonuna qədər özünü buraxacaq?

Hazırda oxunan: PKK aprelin sonuna qədər özünü buraxacaq?

245613

Türkiyədə fəaliyyəti qadağan edilmiş və terrorçu təşkilat kimi tanınan PKK aprel ayının sonuna qədər özünü buraxmaq barədə qərar qəbul edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.
 

Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəsmi nümayəndəsi Ömər Çelik aprelin 21-də jurnalistlərə bildirib ki, cari ay ərzində uzunmüddətli kürd probleminin həllində əhəmiyyətli irəliləyişlər ola bilər.


Kürdpərəst DEM (Xalqların Bərabərlik və Demokratiya Partiyası) partiyasının nümayəndələri isə aprelin 22-də terrorçuluq fəaliyyətinə görə ömürlük həbs cəzası çəkən PKK lideri Abdullah Öcalanla görüşüblər.

"Məlumatlara görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PKK-nın aprel ayının sonuna qədər silahlı qarşıdurmanı dayandırmaq və özünü buraxmaq barədə qərar qəbul edəcəyi barədə məlumatlandırılıb", - məqalədə bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO