FAKTİKİ HAVA: Bu rayonlara yağış yağıb

FAKTİKİ HAVA: Bu rayonlara yağış yağıb

Hazırda oxunan: FAKTİKİ HAVA: Bu rayonlara yağış yağıb

245610

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata əsasən, axşam və gecə saatlarında bəzi rayonlarda qısamüddətli yağış yağıb, şimşək çaxıb.
 

Belə ki, düşən yağıntının miqdarı Sədərəkdə 10, Şərurda 9, Naxçıvan, Şahbuz, Lerik, Tovuz, Balakən, Kəlbəcər, Culfa, Laçın, Füzuli, Zəngilan, Ordubad, Yardımlı, Cəlilabad və Yevlaxda 6 mm-dək təşkil edib.


Bəzi yerlərdə qərb küləyi əsib, küləyin sürəti Kəlbəcərdə 21 m/s, Daşkəsəndə 20 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 27, Aran rayonlarında 28, dağlıq rayonlarda isə 20 dərəcəyədək isti qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO