Dürrə Hacıyevaya yeni VƏZİFƏ VERİLDİ - FOTO

Dürrə Hacıyevaya yeni VƏZİFƏ VERİLDİ - FOTO

Hazırda oxunan: Dürrə Hacıyevaya yeni VƏZİFƏ VERİLDİ - FOTO

245548

Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru vəzifəsinin müvəqqəti icrası gənc xanıma həvalə edilib.

Bizim.Meda-nın yerli bürosu xəbər verir ki, bu vəzifəyə Dürrə Hacıyeva təyin edilib.
 

D. Hacıyeva bakalavr təhsilini Azərbaycan Dillər Universitetində “İngilis dili müəllimliyi” ixtisası üzrə, magistratura təhsilini isə Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Qlazqo Strasklayd Universitetində “Təhsil tədqiqatları və təşkilati inkişaf” ixtisası üzrə müvəffəqiyyətlə başa vurub.


O, müxtəlif dövlət qurumları və təşkilatlarında əmək fəaliyyəti ilə məşğul olub.

Həmçinin Azərbaycan Respublikasının Təhsil İnstitutunda Layihələrin idarə olunması və beynəlxalq əməkdaşlıq şöbəsində baş mütəxəssis və Elm və Təhsil Nazirliyi ilə ORT İsrail məktəblər şəbəkəsinin birgə həyata keçirdiyi İnnovativ məktəb layihəsinin koordinatoru vəzifəsini icra edib.


Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO