Xəbər verdiyimiz kiimi Gəncədə şagirdlər arasında dava olub.
Gəncədə məktəblilər arasında baş verən dava ilə əlaqədar Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən Bizim.Media-nın yerli bürosuna bildirilib ki, Gəncə şəhər Ə. Cavad adına 2 nömrəli tam orta məktəbin şagirdləri arasında məktəbdənkənar ərazidə mübahisə yaranıb.
"Mübahisə zamanı şagirdlərdən biri digərinə xəsarət yetirib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Qeyd olunanlarla yanaşı, stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək məqsədilə müvafiq profilaktik tədbirlər aparılır. Şagirdlərin psixoloji durumu məktəb rəhbərliyi və regional idarə tərəfindən izlənilir", - deyə məlumatda qeyd edilib.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

- A-
- A
- A+
Cəmiyyət
18:15 / 22.04.2025
Gəncədə şagirdlər arasındakı insidentlə bağlı RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Gəncədə şagirdlər arasındakı insidentlə bağlı RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Gəncədə şagirdlər arasındakı insidentlə bağlı RƏSMİ AÇIQLAMA
245535
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.