Azərbaycanda valideynlik hüququndan məhrum edilənlərin SAYI AÇIQLANDI – RƏSMİ

Azərbaycanda valideynlik hüququndan məhrum edilənlərin SAYI AÇIQLANDI – RƏSMİ

Hazırda oxunan: Azərbaycanda valideynlik hüququndan məhrum edilənlərin SAYI AÇIQLANDI – RƏSMİ

245527

Son dövrlərdə ölkəmizdə uşaqlara qarşı şiddət və zorakılıq hallarına tez-tez rast gəlinir. Bu cür valideynlər isə birmənalı şəkildə cəmiyyət tərəfindən ciddi tənqid atəşinə tutulur.

Əksəriyyət bu cür şəxslərin valideynlik hüququndan məhrum edilməli olduğu qənaətindədir.

Bəs, ölkəmizdə neçə nəfər valideynlik hüququndan məhrum edilib?

Mövzu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, ötən il məhkəmə qərarları ilə 4 nəfər valideynin valideynlik hüquqları məhdudlaşdırılıb.

Həmçinin açıqlamada bildirilib ki, 6 nəfər valideyn isə valideynlik hüquqlarından məhrum edilib.

Kimlər valideynlik hüququndan məhrum edilir?

Məlumat üçün qeyd edək ki, Ailə Məcəlləsinin 12-ci fəslinə əsasən, uşağa lazımi qaydada baxmayan, aliment ödəməyən, eyni zamanda övladına qarşı cinayət əməli törədənlər valideynlik hüququndan məhrum edilə bilərlər.

Nəzrin Mirzəyeva, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO