Bu il nə qədər ərazi minalardan təmizlənib?

Bu il nə qədər ərazi minalardan təmizlənib?

Hazırda oxunan: Bu il nə qədər ərazi minalardan təmizlənib?

245522

Bu ilin birinci rübündə respublika ərazisində ümumilikdə 11 min hektar ərazi minalardan təmizlənib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) yayıb.
 

Qeyd edilib ki, ilin ilk üç ayında təmizlənən ərazilərdə ümumilikdə 13 min 956 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. Onlardan 1 141-i piyada əleyhinə mina, 485-i tank əleyhinə mina, 12 min 330-u isə partlamamış hərbi sursatlardır.


Xatırladaq ki, ANAMA tərəfindən minatəmizləmə əməliyyatları işğaldan azad edilmiş bütün ərazilərdə - Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında, o cümlədən Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirilir. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO