Gəncədə məktəb şagirdləri xəstəxanalıq oldular

Gəncədə məktəb şagirdləri xəstəxanalıq oldular

Hazırda oxunan: Gəncədə məktəb şagirdləri xəstəxanalıq oldular

245507

Gəncədə məktəblilər arasında mübahisə sonda xəsarətlə nəticələnib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.

Dava zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Fərid Quliyev, Amin Hümbətov və Raul Hüseynov Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər.

Onların Ə. Cavad adına 2 nömrəli tam orta məktəbin 9-10-cu sinif şagirdləri olduğu bildirilir.

İlkin versiyaya görə, hadisə məktəb ərazisindən kənarda baş verib.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO