Şərurlu İsfəndiyar həbs edilir?

Şərurlu İsfəndiyar həbs edilir?

Hazırda oxunan: Şərurlu İsfəndiyar həbs edilir?

245487

Xüsusi ittiham qaydasında məhkəməyə verilən “Şərur MTK”nın sahibi İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) yenə də məhkəməyə gəlməyib.

Bizim.Media xəbər verir ki, hakim bu dəfə də məhkəməni təxirə salmayıb.

“Şərurlu İsfəndiyar”dan şikayət edən, hazırda həbsdə olan iş adamı “Proqress 2016” MTK-nın rəhbəri Emil Səməndərovdur.

Onun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

“Şərurlu İsfəndiyar” müsahibələrinin birində Emil Səməndərovu “dələduz” adlandırmışdı.

Barəsində məhkəmə hökmü çıxmadığı halda onun barəsində böhtan xarakterli məlumat yaydığı üçün Emil Səməndərov Şərurlu İsfəndiyarı məhkəməyə verib.

Qeyd edək ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib.

Xüsusi ittihamçı İ.Axundovun qeyd olunan maddələrin sanksiyası həddində azadlıqdan məhrum edilməsini istəyir.

Məhkəmə iclası Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə İsfəndiyar Axundov təqsirləndirilən şəxs kimi tanınıb.

Hakim Axundovun iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab edib. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO