Həsənriz kəndinə köçənlərə evlərin açarları təqdim edildi – FOTO

Həsənriz kəndinə köçənlərə evlərin açarları təqdim edildi – FOTO

Hazırda oxunan: Həsənriz kəndinə köçənlərə evlərin açarları təqdim edildi – FOTO

245478

Bu gün Ağdərənin Həsənriz kəndinə köçən sakinlərə evlərin açarları təqdim olunub.

Bizim.Media xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov mərasimdə çıxış edərkən bildirib ki, işğaldan azad olunmuş ərazilərdə bu gün geniş tikinti-bərpa işləri aparılır.

Onun sözlərinə görə, bu ilin sonuna qədər əhalinin qayıdışı nəzərdə tutulmuş 24 tarixi Azərbaycan kəndlərinin 16-sında hazırda tikinti-bərpa işləri həyata keçirilir, digər 8 yaşayış məntəqəsində isə layihələndirmə işləri aparılır:

“Bu günə qədər Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları ərazisində 7 yaşayış məntəqəsində ümumilikdə 12 minə yaxın əhalinin daimi məskunlaşması təmin olunub. Bu mərhələdə isə Ağdərə rayonunun Həsənriz kəndinə daha 20 ailə - 68 nəfər köçürülüb. Bununla da Həsənriz kəndində 90 ailənin, 306 nəfərin daimi məskunlaşması təmin edilib”.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO