Masallıda çaya atılan 2 əsr əvvələ aid kitabların müəllifi BU ŞƏXS İMİŞ – FOTO

Masallıda çaya atılan 2 əsr əvvələ aid kitabların müəllifi BU ŞƏXS İMİŞ – FOTO

Hazırda oxunan: Masallıda çaya atılan 2 əsr əvvələ aid kitabların müəllifi BU ŞƏXS İMİŞ – FOTO

245468

5 gün əvvəl Masallı rayonun Məmmədoba - Tuado yolunun kənarı ilə axan Çaykəş çayından axıb keçən bir kisə kitabın tapıldığını xəbər vermişdik.

Masallıda tapılan XVIII əsrə aid kitab və əlyazmalar Şeyx Cəlal Lənkəraniyə məxsusdur.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Masallı rayonunun Məmmədoba-Tuado yolunun kənarından axan Çaykəş çayında tapılan qədim dini kitablar və əlyazmaların XVIII əsrə aid olduğu müəyyən edilib. Araşdırmalar nəticəsində bu kitab və əlyazmaların Cənub bölgəsinin tanınmış alimi, görkəmli ruhani Şeyx Cəlal Lənkəraniyə aid olduğu ortaya çıxıb.

Şeyx Cəlal Lənkərani 1885-ci ildə Masallı rayonunun Kolatan kəndində anadan olub. 1900-1920-ci illərdə Tehranda və Nəcəfül-əşrəfdə üsul, fiqh və fəlsəfə elmləri üzrə ali təhsil alıb. Eyni zamanda riyaziyyat, astronomiya və həndəsə sahələrində də mütəxəssis kimi tanınıb.

1920-ci illərin ortalarında doğma kəndinə qayıdan Şeyx Cəlal burada Quran qiraəti, əhkam və İslam maarifi üzrə dərslər təşkil edib. Lakin Sovet dövründə təzyiq və təqiblərə məruz qalıb. 1928-ci ildə Biləsuvara köçdükdən iki ay sonra dini fəaliyyətinə görə həbs olunub və 10 il azadlıqdan məhrum edilib.
 

1938-ci ildə azadlığa çıxdıqdan bir neçə ay sonra yenidən həbs olunaraq Qazaxıstana sürgün edilib. 1948-ci ildə Azərbaycana qayıdan Şeyx Cəlal 1957-ci ilə qədər Bakının Buzovna qəsəbəsində gizli dini dərslər keçib. Daha sonra doğulduğu Kolatan kəndinə dönərək ömrünün sonuna qədər burada yaşayıb. 1961-ci ilin mart ayında vəfat edib və Kolatan qəbiristanlığında dəfn olunub.


Məlumata görə, tapılan 100-ə yaxın kitab və əlyazma ailə münaqişəsi zəminində yandırılmaq istənilib. Lakin yanmadığını görən şəxslər onları çaya atıblar. Hazırda bu qiymətli irsin bir hissəsi Masallı Rayon Tarix və Diyarşünaslıq Muzeyinə təhvil verilib. Digər kitabların da muzeyə təhvili davam etdirilir.






Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO