Kürdə güclü daşqın təhlükəsi ilə bağlı MÜHÜM AÇIQLAMA

Kürdə güclü daşqın təhlükəsi ilə bağlı MÜHÜM AÇIQLAMA

Hazırda oxunan: Kürdə güclü daşqın təhlükəsi ilə bağlı MÜHÜM AÇIQLAMA

245466

Milli Hidrometeorologiya Xidməti çaylarda müşahidə olunan faktiki hidroloji vəziyyət açıqlanıb.

Avtomat hidroloji stansiyaların aprelin 21-i saat 11:00-a olan məlumatına əsasən ötən sutka ilə müqayisədə bəzi çaylarda sululuq artıb. Böyük Qafqaz ərazisindən axan Qudiyalçay-Qımılda 6 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Bərgüşadçay-Əliquluuşağıda 8 sm, Oxçuçay-Bürünlüdə 7 sm, Quruçay-Böyük Tağlar və Tərtərçay-Kəlbəcərdə 3 sm artım qeydə alınıb.

Kür çayının aşağı axınında - Kür-Şirvan məntəqəsində suyun səviyyəsi 20 sm, Kür-Salyanda 10 sm, Kür-Bankədə 5 sm artıb.

Kür çayında suyun səviyyəsinin 20 sm qalxması bəzi narahatlıqlar yaradır. Çünki 2010-cu ildə Kür çayında baş verən daşqınlar çox ciddi fəsadlar törətdi.

Bəs, builki bol yağıntı və Kürün səviyyəsinin son günlər qalxması belə bir təhlükə yaratmır ki?

Suala coğrafiya elmlər doktoru Rza Mahmudov aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlanmasında deyib ki, Kür çayında qeydə alınan artım mövsümlə bağlıdır:

“Bu artım hər hansı bir təhlükə yaratmır. Qeydə alınan artım hər hansı bir daşqına və subasmaya səbəb ola bilməz. Ümumiyyətlə, bu yaz Kür çayında 2010-cu ildəki daşqınlar gözlənilmir”.

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO