“Stulda əyləşməklə bağlı yarım dəqiqəlik sadə bir test erkən ölüm riskinizi göstərə bilər".
Bizim.Media xəbər verir ki, bu barədə britaniyalı terapevt və uzunömürlülük üzrə kitab müəllifi Don Harper danışıb.
Onun sözlərinə görə, bunu yoxlamaq üçün saniyəölçəni qurmaq və 30 saniyə ərzində stuldan neçə dəfə qalxıb otura bildiyinizi saymaq lazımdır.
"Məsələn, 60 yaşlı kişilər üçün orta göstərici - 14 dəfə, qadınlar üçün - 12 dəfədir. Əgər bu göstəricidən xeyli az edirsinizsə, yıxılma və erkən ölüm riski artır", - deyə həkim xəbərdarlıq edib.
O qeyd edir ki, yaş artdıqca normal göstəricilər azalır: "65-69 yaş: kişilər - 12, qadınlar - 11 dəfə; 80-84 yaş: kişilər - 10, qadınlar - 9 dəfə; 90 yaş: kişilər - 7, qadınlar - 4 dəfə".
Don Harper vurğulayıb ki, erkən ölüm riskini balans və dözümlülük məşqləri ilə azaltmaq mümkündür. (Oxu.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:58 / 22.04.2025
Erkən ölüm riskini müəyyən etməyin sadə üsulu: Cəmi 30 saniyə
Hazırda oxunan: Erkən ölüm riskini müəyyən etməyin sadə üsulu: Cəmi 30 saniyə
Hazırda oxunan: Erkən ölüm riskini müəyyən etməyin sadə üsulu: Cəmi 30 saniyə
245436
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.