Qubanın 10-a yaxın kəndi bir həftədir İŞIQSIZDIR

Qubanın 10-a yaxın kəndi bir həftədir İŞIQSIZDIR

Hazırda oxunan: Qubanın 10-a yaxın kəndi bir həftədir İŞIQSIZDIR

245433

Aprelin 16-sı baş vermiş təbii fəlakət Qubanın dağ kəndlərini təkcə yol infrastrukturu ilə imtahana çəkməyib, elektrik enerjisi sisteminin iflic vəziyyətinə düşməsi və köklü zərbə alması Söhüb-Xınalıq istiqamətində yerləşən onlarla kəndi qaranlığa qərq edib.

Elektriklər həmin gündən bərpa işlərinə başlasalar da, Xınalıq istiqamətində yerləşən kəndlərə hələ işıq verilməyib. Hazırda Haput, Cek, Əlik, Buduq, Qrız, Qəley-Xudat, Bostankeş və Xınalıq kəndləri bir həftədən çoxdur işıqsızdır.

Problemlə bağlı Quba elektrik şəbəkəsindən Bizim.Media-ya bildirilib ki, bərpa işləri bu günlərdə başa çatacaq.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO