Aprelin 22-də saat 2 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonunun ərazisindən keçən hissəsində avtoqəza baş verib.
"Mercedes" markalı avtomobilin sürücüsü, 1981-ci il təvəllüdlü Təvəkkül Şiralıyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarındakı ağaca çırpılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan sürücü çatdırıldığı xəstəxanada ölüb, 2016-cı il təvəllüdlü oğlu Kənan Şiralizadə isə xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:54 / 22.04.2025
Şəkidə ağır qəza: Ata həlak oldu, 9 yaşlı oğlu xəsarət aldı
Hazırda oxunan: Şəkidə ağır qəza: Ata həlak oldu, 9 yaşlı oğlu xəsarət aldı
Hazırda oxunan: Şəkidə ağır qəza: Ata həlak oldu, 9 yaşlı oğlu xəsarət aldı
245403
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.