Daşkəsəndə yanğın: Ev quşları TƏLƏF OLDU

Daşkəsəndə yanğın: Ev quşları TƏLƏF OLDU

Hazırda oxunan: Daşkəsəndə yanğın: Ev quşları TƏLƏF OLDU

245396

Daşkəsəndə ev quşları yanğın nəticəsində tələf olub. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Quşçu kəndində baş verib.

Kənd sakini Tağı Orucova məxsus yarım tikilidə başlayan yanğın zamanı 250 cücə tələf olub.

Hadisə yerinə Daşkəsən rayon Yanğından Mühafizə Xidmətinin iki yanğın söndürən avtomobili və 20-ə yaxın canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alov söndürülüb.

Hadisənin elektrik naqillərində qısaqapanma səbəbindən baş verdiyi ehtimal olunur. 
Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO