Tanınmış “KVN”-çiyə Milli Məclisdə yeni VƏZİFƏ VERİLDİ

Tanınmış “KVN”-çiyə Milli Məclisdə yeni VƏZİFƏ VERİLDİ

Hazırda oxunan: Tanınmış “KVN”-çiyə Milli Məclisdə yeni VƏZİFƏ VERİLDİ

245339

Milli Məclis Aparatının İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinə yeni sektor müdiri təyin olunub.

Bizim.Media Yurd.Media-ya istinadən xəbər verir ki, vəzifəyə İlqar Nəbiyev təyin olunub.

Qeyd edək ki, İlqar Nəbiyev 1976-cı ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından “Şən və Hazırcavablar” klubunda “Bakılı Oğlanlar” komandasında çıxış etməyə başlayıb. Onun iştirak etdiyi bu komanda 1992-ci ildə çempion, 1995-ci ildə keçirilən yay kubokunun və XX əsrin ən yaxşı komandaları sırasında birinci olub.

2001-ci ildən Tahir İmanovun yaratdığı “Planet Parni iz Baku” KVN teatrında da iştirak edib. İ.Nəbiyev daha sonra müxtəlif yumoristik layihələr hazırlayıb və “Şən və Hazırcavablar klubu” yarışları təşkil edib.

İlqar Nəbiyev 2020-ci ilin mayından MM Aparatının Beynəlxalq əlaqələr şöbəsində sektor müdiri kimi çalışıb. Onun əvvəl tutduğu vəzifəyə isə həmin şöbənin əməkdaşı İlqar Nuri təyin olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO