Aprelin 22-24-də əsasən gecə və axşam saatlarında bəzi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.
Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata əsasən, ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki, Mərkəzi-Aran) yağıntıların qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur.
Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.
Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:26 / 21.04.2025
Bölgələrdə leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Hazırda oxunan: Bölgələrdə leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Hazırda oxunan: Bölgələrdə leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
245337
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.