İcra başçısına 39 yaşlı I müavin TƏYİN EDİLDİ

İcra başçısına 39 yaşlı I müavin TƏYİN EDİLDİ

Hazırda oxunan: İcra başçısına 39 yaşlı I müavin TƏYİN EDİLDİ

245335

Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini dəyişdirilib.

Bizim.Media banker.az-a istinadən xəbər verir ki, Sabunçu RİH başçısının əmri ilə indiyə qədər müavin kimi çalışan 39 yaşlı Həsənli Elşən Nazim oğlu I müavin təyin edilib. Buna qədər I müavin Məmmədov Güloğlan Məmməd oğlu idi.
 

Həsənli Elşən Nazim oğlu 1986-cı ildə Yevlax şəhərində anadan olub.



2006-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “İnzibati idarəetmə” ixtisası üzrə bakalavriatura səviyyəsini, 2019-cu ildə isə Dövlət İdarəçilik Akademiyasının “Davamlı inkişafın planlaşdırılması” üzrə magistratura səviyyəsini bitirib.

2012-2014-cü illərdə Bakı şəhəri, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı aparatında baş məsləhətçi vəzifəsində çalışıb.

2014-2022-ci illərdə Bakı şəhəri, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb.

2022-ci ilin dekabr ayında Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO