Göygöl rayonunda dəm qazı can alıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə şəhər sakini 1983-cü il təvəllüdlü Elşad Əliyevə məxsus rayonun Yeni Qızılca qəsəbəsində yerləşən cücə fermasında baş verib.
Gəncə şəhər sakini 1983-cü il təvəllüdlü Elşad Əliyev ona məxsus cücə fermasında hamamda dəm qazından boğularaq ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu