Bakıda adam oğurluğu – 2 nəfər saxlanıldı

Bakıda adam oğurluğu – 2 nəfər saxlanıldı

Hazırda oxunan: Bakıda adam oğurluğu – 2 nəfər saxlanıldı

24532

Abşeron Rayon Polis İdarəsinə müraciət edən Hökməli qəsəbə sakini olan qadın iyunun 10-da saat 19 radələrində əri Qədirin evdən getməsini, saat 20 radələrində ona zəng edərkən telefona cavab verən naməlum şəxsin ərinin 3700 manat pul borcunun olmasını və pulu qaytarmayana kimi onu buraxmayacaqlarını deməsini bildirib. Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Bizim.Media-ya Daxili İşlər Nazirliyindən verilən məlumata  görə, araşdırmalarla Xırdalan şəhər sakini M.Məmmədovun, Gəncə şəhər sakini E.Şirinzadənin və digər bir nəfərin Qədiri zorla avtomobilə mindirib Xətai rayonu ərazisindəki mənzillərdən birinə apararaq orada döymələri, habelə həyat yoldaşına zəng edərək 5000 manat pul tələb etmələri müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən E.Şirinzadə və M.Məmmədov saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO