Bakıda daha bir ərazidə söküntü işlərinə BAŞLANILACAQ

Bakıda daha bir ərazidə söküntü işlərinə BAŞLANILACAQ

Hazırda oxunan: Bakıda daha bir ərazidə söküntü işlərinə BAŞLANILACAQ

245313

Xətai rayonu Oksigen küçəsi, ev 1 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı bina söküləcək.

Bizim.Media xəbər verir ki, bunu “trend.az”a açıqlamasında Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov deyib.

O bildirib ki, söküləcəyi nəzərdə tutulan bina ikimərtəbəlidir.
 

"Binada 31 ailə yaşayır. Artıq 8 ailənin köçürülməsi ilə bağlı razılığa gəlinib", - deyə o qeyd edib.


Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi söküntü işlərinin təşkilinin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı hazırlıqlara başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO