Samirə Bağırova: "Qadın alt paltarı satanlar özlərini psixoloq kimi tanıdır"

Samirə Bağırova: "Qadın alt paltarı satanlar özlərini psixoloq kimi tanıdır"

Hazırda oxunan: Samirə Bağırova: "Qadın alt paltarı satanlar özlərini psixoloq kimi tanıdır"

245297

Tanınmış psixoloq Samirə Bağırova açıqlaması ilə diqqət çəkib.

O, həmkarlarını və dietoloqları "daş-qalaq" edib.

Psixoloq sözlərinə belə davam edib:
 

"Saxtakarlıq baş alıb gedir. Son zamanlar sosial şəbəkələrdə heç ümumiyətlə ali təhsilləri olmayan, 9 sinif bitirmiş fırıldaqçılar, utanmadan özlərini psixoloq, dietoloq kimi qələmə verir.


Sosial şəbəkə hesablarından istifadə edərək, xalqa özlərini mütəxəssis kimi qələmə verib, ağıl qoyub, məsləhətlər verirlər.

Belə nümunələr çoxdu. Vallahi, Rusiya bazarlarının piştaxtalarında qadın alt paltarları satan satıcılar tanıyıram ki, indi özlərini psixoloq, dietoloq kimi "Tik-tok"da qələmə verib, "İnstagram"da fikir yürüdürlər. Düşünürəm ki, bu kimi fırıldaqçılar aşkarlanıb məsuliyyətə cəlb edilməlidir və ictimaiyyətə məlumat verməlidirlər". (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO