Ödəmə terminallarından oğurluq edənlər TUTULDU - VİDEO

Ödəmə terminallarından oğurluq edənlər TUTULDU - VİDEO

Hazırda oxunan: Ödəmə terminallarından oğurluq edənlər TUTULDU - VİDEO

245268

Abşeron rayonu ərazisində yerləşən marketlərin birindən və orada olan ödəmə terminalından 3567 manat oğurlanıb.

Bu barədə Bizim.Media-ya DİN-dən məlumat verilib.
 

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı Yusif Hüseynov, 27 yaşlı Elvin Əhmədov və 34 yaşlı Emin Yusifov müəyyən olunaraq saxlanılıblar.


Aparılan araşdırmalarla məlum olub ki, saxlanılan şəxslər paytaxtın müxtəlif rayonlarında, həmçinin Abşeron rayonunda yerləşən 11 mağazadan ödəmə terminallarını sındırmaqla ümumilikdə 38943 manat pul vəsaitini oğurlayıblar.

Onların törətdikləri oğurluqlar təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

Araşdırmalar davam etdirilir.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO