Xəyalə Töhrablı yüksək vəzifəyə TƏYİN OLUNDU

Xəyalə Töhrablı yüksək vəzifəyə TƏYİN OLUNDU

Hazırda oxunan: Xəyalə Töhrablı yüksək vəzifəyə TƏYİN OLUNDU

245261

Şəki şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib.

Bizim.Media xəbər verir ki, RİH başçısı Elxan Usubovun əmri ilə Xəyalə Töhrab qızı Töhrablı başçısının birinci müavini təyin edilib.

Bununla da başçının müavinlərinin sayı ikiyə yüksəlib, ancaq I müavini vəzifəsi hələ ki, vakantdır.

Xəyalə Töhrab qızı Töhrablı Şəki şəhər Uşaq İncəsənət məktəbinə Tədris işləri üzrə direktor müavini vəzifəsində çalışırdı.

Xəyalə Töhrablı 9 fevral 1986-cı ildə Şəki şəhərində anadan olub.
 

2000-2004-cü illərdə Şəki Musiqi Texnikumunu fortepiano ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.


2004-2008-ci illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını fortepiano ixtisası üzrə bitirib.

2013-2015-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində İnstrumental ifaçılıq, instrumental ifaçılığın tarixi nəzəriyyəsi və metodikası ixtisası üzrə magistr elmi dərəcəsi alıb.

2015-2019-cu illərdə Bakı Musiqi Akademiyasında Dissertant (Sənətşunaslıq üzrə) olub.

2006-cı ildən 2024-cü ilə qədər Şəki Musiqi Texnikumunda müəllim vəzifəsində çalışıb. (Banker.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO