Tərtərdə bir ailənin 4 üzvü dəm qazından zəhərlənərək ölüb.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Kəlbəcərdən olan keçmiş məcburi köçkünlər üçün salınmış Sarov qəsəbəsində baş verib.
Qəsəbədə yaşayan əslən Kəlbəcər rayonundan olan bir ailənin 4 üzvü: Tağızadə Rüfət Mais oğlu, həyat yoldaşı Tağıyeva Əfsanə Fəqan qızı və övladları Ümid və Sərəyya yaşadıqları evdə dəm qazından boğularaq ölüblər.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçirirlər. (“Qafqazinfo”)
Bizim.Media