Məhkəmə körpəsini öldürən ana ilə bağlı QƏRAR VERDİ

Məhkəmə körpəsini öldürən ana ilə bağlı QƏRAR VERDİ

Hazırda oxunan: Məhkəmə körpəsini öldürən ana ilə bağlı QƏRAR VERDİ

245223

Ali Məhkəmədə bir yaşlı körpəsini qətlə yetirməkdə təqsirləndirilən Nərgiz Bağıyevanın barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
 

Qeyd edək ki, hadisə 2022-ci ilin sentyabrında paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb.


Belə ki, 2002-ci il təvəllüdlü Nərgiz Bağıyevanın 2021-ci il təvəllüdlü uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. N.Bağıyevaya qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO