“Bəzən əczaçıların səhv dərman verməsinin səbəbi həkimlərin xəttinin çətin oxunmasıdır”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında farmakoloq Aydın Əliyev bildirib:
MÖVZU İLƏ BAĞLI:
Səhiyyə Nazirliyindən növbəti XƏBƏRDARLIQ – “Əgər hər hansı həkim elektron resept yazmaqdan imtina edərsə…”
O, bu problemin həlli olaraq elektron reseptlərin nəhayət ki, istifadəyə başlamasını göstərir:
“Artiq elektron reseptlər dövrü başlayır, bu problemlər aradan qalxacaq. Dərmanı, resepti kağızda yazmağı yığışdırmaq lazımdır. Elektron reseptdə həkim, xəstə ,diaqnoz, dərman (hansı firma , qiymət), hansı aptek haqqında məlumat verilir, kodla daxil olub bütün məlumatları almaq olur.
Çalışaq, rəqəmsal reseptlərdən istifadə olunsun”.
Aydın Əliyev onu da vurğulayıb ki, rəqəmsal resept prosesi başlasa, hətta keyfiyyətsiz dərman məsələsi də yığışdırılacaq, o cümlədən əczaçının iş qabiliyyəti də uyğun olacaq.
Nəzrin Mirzəyeva, Bizim.Media