Şirkətin pulunu mənimsəyən ekspeditor MƏHKƏMƏ ZALINDA həbs edildi

Şirkətin pulunu mənimsəyən ekspeditor MƏHKƏMƏ ZALINDA həbs edildi

Hazırda oxunan: Şirkətin pulunu mənimsəyən ekspeditor MƏHKƏMƏ ZALINDA həbs edildi

245212

Siyəzən Rayon Məhkəməsində mənimsəmədə təqsirləndirilən Nihad Mayılovun (ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bizim.Media xəbər verir ki, hakim Bəylər Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə N.Mayılov bir il 6 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə iclas zalında həbs olunub.

İttihama görə, Nihad Mayılov qida və qeyri-qida məhsullarının idxalı və satışı ilə məşğul olan MMC-lərin birində satış təmsilçisi (ekspeditoru) vəzifəsində işləyib.
 

O, Siyəzən rayonunun ərazisində fəaliyyət göstərən ticarət obyektlərinə satılması üçün 2 mart 2022-ci il tarixindən 1 avqust 2023-cü il tarixinədək olan müddət ərzində öz sifarişi ilə şirkətin Quba rayonunda yerləşən anbarından qida və qeyri-qida məhsullarını təhvil alıb.


Sonra Nihad həmin məhsulları Siyəzən rayonunun ərazisindəki MMC ilə ticarət münasibətlərində olan obyektlərə sataraq əldə olunmuş 31 235.93 manat məbləğində pulu mənimsəyib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO