Şərqi Anadolunun yüksək yaylalarından toplanan və xalq arasında "ışkın", "ırgın" və ya "uçkun" kimi tanınan bu bitki, xərçəngin müalicəsində perspektivli təsiri ilə dünya tibb ictimaiyyətinin diqqətini cəlb edib. Təbii şəraitdə yetişən bu bitki artıq yalnız regional dəyər deyil - beynəlxalq sağlamlıq resursuna çevrilməkdədir.
Bizim.Media xəbər verir ki, bu bitkinin latın dilində adı "Rheum ribes"dir.
Atlanta Universitetində aparılan tədqiqatlar ışkının tərkibindəki maddələrin xərçənglə mübarizədə təsirli ola biləcəyini göstərib. Bu nəticələr bitkinin yalnız xalq təbabətində deyil, həm də müasir tibbdə istifadə olunma ehtimalını gücləndirib. Həmin araşdırma ışkını qlobal sağlamlıq gündəminə gətirib və onun ABŞ də daxil olmaqla bir çox ölkədə maraqla qarşılanmasına səbəb olub.
Sağlamlığa faydaları nədir?
Işkın yüksək miqdarda C vitamini ilə yanaşı, A, B1, B2, E və K vitaminləri ilə də zəngindir. Bu bitki təravətli şəkildə istehlak edildikdə həzmi asanlaşdırır, ürəkbulanmanı aradan qaldırır və immun sistemini gücləndirir. Qripal infeksiyalar və hərarətə qarşı da faydalı təsirləri ilə tanınır. Yerli əhali illərdir müxtəlif xəstəliklərin müalicəsində bu bitkidən istifadə edir və son araşdırmalar bu ənənəvi biliklərin elmi əsaslarını ortaya qoyub.
Tələbat artır, qiymətlər dəyişir
Ərzincanda uzun illərdir dağlardan ışkın toplayıb satan yerli sakinlərdən biri, İsa Kurt bildirir ki, bu bitkiyə son dövrlərdə maraq əhəmiyyətli dərəcədə artıb. Təkcə Şərqi Anadolu bölgəsindən deyil, Türkiyənin qərb bölgələrindən də alıcılar gəlir. Tələbat artdıqca, satışlar da artır, amma yaxın vaxtlarda məhsul bolluğu səbəbilə qiymətlərin nisbətən aşağı düşəcəyi gözlənilir.
Sağlamlıq sirlərinin sərhədləri aşması
Bir vaxtlar yalnız dağ kəndlərinin təbii sərvəti olan ışkın, indi beynəlxalq tibb dairələrinin maraq göstərdiyi bir müalicə vasitəsinə çevrilib. Xərçəng müalicəsində potensialı ilə bağlı aparılan araşdırmalar bu bitkini sadəcə lokal deyil, qlobal bir sağlamlıq ümidinə çevirib. Hazırda yerli əhali ışkını daha intensiv şəkildə yığaraq həm iqtisadi, həm də tibbi baxımdan bu fürsətdən yararlanmağa çalışır. (E-saglam.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:46 / 21.04.2025
Xərçəngin müalicəsində yeni bitki - Şöhrəti ABŞ-a qədər yayıldı
Hazırda oxunan: Xərçəngin müalicəsində yeni bitki - Şöhrəti ABŞ-a qədər yayıldı
Hazırda oxunan: Xərçəngin müalicəsində yeni bitki - Şöhrəti ABŞ-a qədər yayıldı
245196
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.