Göygöldə ağır qəza: 1 ölü, 1 yaralı

Göygöldə ağır qəza: 1 ölü, 1 yaralı

Hazırda oxunan: Göygöldə ağır qəza: 1 ölü, 1 yaralı

245189

Göygöldə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, qəza rayonun Yeni Qızılca kəndi ərazisindən keçən hissəsində baş verib.

Qəza zamanı 1990-cı il təvəllüdlü Röyal İmanov hadisə yerində dünyasını dəyişib.

Avtomobildə olan sərnişin, 2002-ci il təvəllüdlü Əli Süleymanov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İlkin versiyaya görə, qəzaya səbəb avtomobilin yol kənarında olan maneəyə çırpılmasıdır.

Hadisə yerinə DYP-nın əməkdaşları cəlb olunub.  Faktla bağlı araşdırma aparılır.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO