Gəncədə hərəkətdə olan maşın aşıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin "Poçt" adlanan ərazisində baş verib.
Anar Əhmədov idarə etdiyi "Mercedes" markalı avtomobillə qarşısına çıxan quma çırpılaraq aşıb.
Məlumat üçün bildirək ki, Gəncənin sözügedən yaşayış massivində su və kanalizasiya, həmçinin işıq xətləri çəkilir və yol kənarlarında qum maneələri var.
Faktla bağlı araşdırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu