"Zirə" "Sumqayıt"ı məğlub etdi - VİDEO

"Zirə" "Sumqayıt"ı məğlub etdi - VİDEO

Hazırda oxunan: "Zirə" "Sumqayıt"ı məğlub etdi - VİDEO

245168

Misli Premyer Liqasında XXXI tur başa çatıb.

Bizim.Media xəbər verir ki, sonuncu matçda "Zirə" "Sumqayıt"ı qəbul edib.

Qarşılaşma Bakı klubunun qələbəsi ilə yekunlaşıb - 3:1.

Meydan sahiblərinin heyətində 6-cı dəqiqədə Giorgi Papunaşvili, 45+1-ci dəqiqədə Martins Junior, 89-cu dəqiqə Salifu Suma fərqləniblər. Qonaqlarda Bobur Abdixolikov 52-ci dəqiqədə adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarının sayını 61-ə çatdıran "Zirə" ikinci pillədə qərarlaşıb. "Gənclik şəhəri" təmsilçisi 29 xalla səkkizinci sıradadır.

Günün ilk matçında "Şamaxı" evdə "Kəpəz"i məğlub edib - 2:1.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "Neftçi"ni 3:0, "Sabah" "Səbail"i 3:2 hesabı ilə üstələyib. "Araz-Naxçıvan" - "Turan Tovuz" görüşündə isə qalib müəyyənləşməyib - 1:1.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO