"Kuruluş Osman"ın aktyoru oğurluq etdi - FOTO

"Kuruluş Osman"ın aktyoru oğurluq etdi - FOTO

Hazırda oxunan: "Kuruluş Osman"ın aktyoru oğurluq etdi - FOTO

245164

İstanbulun Avcılar rayonunda bir mağazanın qarşısından çemodan oğurlayan şəxsin aktyor Ümit Gündeş olduğu müəyyən edilib. O, əvvəllər də oğurluq cinayətinə görə məhkum edilmişdi. Lakin mağaza və market rəhbərləri şikayətçi olmadıqları üçün hüquqi proses başlanmayıb.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Mustafa Kamal Paşa məhəlləsində baş verib. Bir mağazanın qarşısında duran çemodan, şübhəli şəxs tərəfindən əvvəlcə mağaza qarşısında bir müddət oturduqdan sonra oğurlanıb.

Eyni şübhəli şəxs həmin gün eyni bölgədəki bir marketə də daxil olaraq, rəflərdəki məhsulları ciblərinə doldurub, ödəniş etmədən marketdən çıxaraq qaçıb.

Bölgədə oğurluq hadisələrinin artması səbəbilə araşdırma aparan polis əməkdaşları, təhlükəsizlik kamerası görüntüləri ilə müəyyən ediblər ki, şübhəli şəxs - əvvəllər də oğurluğa görə tutulan aktyor Ümit Gündeşdir.

Bununla belə, mağaza və market sahibləri şikayətçi olmadıqları üçün polis tərəfindən heç bir hüquqi tədbir görülməyib. (Milli.az)




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO