"Şamaxı" "Kəpəz"i məğlub etdi - VİDEO

"Şamaxı" "Kəpəz"i məğlub etdi - VİDEO

Hazırda oxunan: "Şamaxı" "Kəpəz"i məğlub etdi - VİDEO

245151

Misli Premyer Liqasının XXXI turunda daha bir oyun keçirilib.

Bizim.Media xəbər verir ki, günün ilk matçında "Şamaxı" "Kəpəz"i qəbul edib.
 

Şamaxı şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 2:1.


Komandanın qollarını 27-ci dəqiqədə Alfons Msanqa, 67-ci dəqiqədə Brahim Konate vurub. Qonaqlardan 35-ci dəqiqədə Luis Paçu fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 34-ə çatdıran "Şamaxı" yeddinci pillədə qərarlaşıb. "Kəpəz" 28 xalla doqquzuncu sıradadır.

Günün ikinci matçında "Zirə" "Sumqayıt"ı qəbul edəcək.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "Neftçi"ni 3:0, "Sabah" "Səbail"i 3:2 hesabı ilə üstələyib. "Araz-Naxçıvan" - "Turan Tovuz" görüşündə isə qalib müəyyənləşməyib - 1:1.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO