AZAL-ın Müşahidə Şurası təcili iclas keçirdi - FOTO

AZAL-ın Müşahidə Şurası təcili iclas keçirdi - FOTO

Hazırda oxunan: AZAL-ın Müşahidə Şurası təcili iclas keçirdi - FOTO

24514

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, İclasa Müşahidə Şurasının üzvləri, QSC-nin İdarə Heyətinin üzvləri və digər rəsmilər qatılıblar.

Onlayn iclas Müşahidə Şurasının sədri, nazir Rəşad Nəbiyevin sədrliyi ilə baş tutub.

İclasda QSC-nin idarə edilməsinin müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirilməsi üçün yaradılan komitələrin əsasnamələri və tərkibləri, eləcə də korporativ katib haqqında əsasnamə müzakirə olunaraq təsdiqlənib.

Eyni zamanda, AZAL-ın fəaliyyəti üzrə cari məsələlər haqqında çıxışlar edilib.

Qeyd edək ki, “Azərbaycan Hava Yolları” QSC-nin Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli Sərəncamına əsasən yaradılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO