Zaqatalada doğuş zamanı körpə VƏFAT ETDİ

Zaqatalada doğuş zamanı körpə VƏFAT ETDİ

Hazırda oxunan: Zaqatalada doğuş zamanı körpə VƏFAT ETDİ

245112

Zaqatalada doğuş zamanı körpə ölümü baş verib.

Bizim.Media xəbər verir ki, hadisə bu gün səhər saatlarında Zaqatala Rayon Mərkəzi Xəstəxanasında (RMX) baş verib.

Rayonun Muxax kənd sakini 33 yaşlı Günei Kamil qızı Əliyeva bu gün səhər saat 08 radələrində doğuş sancıları ilə Zaqatala RMX-nın doğum şöbəsinə müraciət edib. G. Əliyevanın ailə üzvlərinin APA-nın yerli bürosuna verdiyi məlumata görə, G. Əliyeva xəstəxanaya daxil olduğu zaman həkimlər tərəfindən təcili qeysəriyə əməliyyatı aparılması haqqında qərar qəbul olunub.
 

Zaqatala RMX-nın mama ginekoloqları Rəna Sultanova və Mehriban Hüseynova həkimlər tərəfindən qeysəriyə əməliyyatı aparılıb. Əməliyyat zamanı yeni dünyaya gələn oğlan uşağı ölüb. Ailə üzvlərinin sözlərinə görə, son müayinələr zamanı körpənin ana bətnində normal olması bərədə məlumat verib.


Yeni doğulan körpənin ölümümün dəqiq səbəbini öyrənmək məqsədi ilə meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO