Kəlbəcərə keçmək istəyən şəxslər saxlanıldı - SON DƏQİQƏ

Kəlbəcərə keçmək istəyən şəxslər saxlanıldı - SON DƏQİQƏ

Hazırda oxunan: Kəlbəcərə keçmək istəyən şəxslər saxlanıldı - SON DƏQİQƏ

24508

Kəlbəcər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş, lakin minalardan tam təmizlənməmiş ərazilərinə icazəsiz keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Kəlbəcər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı rayon ərazisinə daxil olmaq istəyən 5 nəfər saxlanılıb.  

Həmin şəxslər saxlanıldıqdan sonra polis şöbəsinə dəvət olunublar.

Onlarla profilaktiki söhbətlər aparılıb, gizlədilmə ehtimalı olan mina və partlayıcı vasitələrin onların həyatı üçün təhlükə doğura biləcəyi barədə xəbərdarlıq edilib.

Həmin şəxslər barəsində inzibati qaydada tədbir görülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO