Həmin toyda müğənni də zəhərlənibmiş: “Ölümdən qayıtdım”

Həmin toyda müğənni də zəhərlənibmiş: “Ölümdən qayıtdım”

Hazırda oxunan: Həmin toyda müğənni də zəhərlənibmiş: “Ölümdən qayıtdım”

245078

Xəbər verdiyimiz kimi, Bakıda"Venesiya" şadlıq sarayında keçirilən toyda kütləvi zəhərlənmə baş verib.

Bizim.Media xəbər verir ki, toy məclisində müğənni kimi iştirak edən Dərya Dünya da zəhərlənib. 

O bildirib ki, toyda onun da halı pisləşib: "Şükür indi normalam, ölümdən qayıtdım". 

Xatırladaq ki, zəhərlənmə qonaqlar zalda olarkən baş verib və dərhal təcili yardım briqadaları çağırılıb.

Vəziyyəti ağır olanlar dərhal xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, zəhərlənmə şübhəsi ilə ümumilikdə 36 nəfər olmaqla, 25 nəfər Kliniki Tibbi Mərkəzə, 10 nəfər Sabunçu Tibb Mərkəzinə, 1 nəfər isə Respublika Pediatriya Mərkəzinin nəzdində olan Sabunçu Uşaq Yoluxucu Xəstəxanasına hospitalizasiya olunub.

Əlavə olaraq, 7 nəfər Kliniki Tibbi Mərkəzə, 8 nəfər isə Sabunçu Tibb Mərkəzinə birbaşa özü müraciət edib.//Milli.az


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO