Vətəndaşların pulu bank kartlarından belə oğurlanır – Maraqlı detal

Vətəndaşların pulu bank kartlarından belə oğurlanır – Maraqlı detal

Hazırda oxunan: Vətəndaşların pulu bank kartlarından belə oğurlanır – Maraqlı detal

245035

Son zamanlar bank kartlarından oğurluq halları artır. Əsasən də “Kapital Bank” müştəriləri bu cür halla qarşılaşır. Baş verən oğurluqları görən şəxslər artıq kartlarda vəsait saxlamaqdan çəkinirlər.

İnsanlar kartlardan imtina edib nağd ödənişlərə keçid edə bilərmi? Kartdan oğurluqlar bank sektoruna necə zərər vura bilər?

Bizim.Media xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərlinin fikrincə, vətəndaşlar bank kartlarından imtina etməyəcəklər:

“Belə bir məsələyə görə bank kartlarında imtina etməzlər. Çünki nağd pul da oğurlanır. Tarix boyu nağd pulun oğurlanması çox geniş yayılmış məsələlərdən biri idi. Cibdən də oğurlayırdılar, evdən də. Sadəcə, banklar və vətəndaşlar arasında məsuliyyət bölgüsünü doğru aparmaq lazımdır. Bəlkə də qanunların sərtləşdirilməsinə ehtiyac var. Belə məsələlərdə bankların məsuliyyəti azdır. Hər şeyi müqavilə ilə vətəndaşın üzərinə atırlar və o, daha çox məsuliyyət daşıyır”.

İqtisadçı deyib ki, məsuliyyət bölgüsü olsa, problemi addım-addım həll etmək olar:

“Vətəndaşlar özləri də diqqətli olmalıdırlar. Çox vaxt bank kartlarından oğurluq şəxsin səhlənkarlığı ucbatından baş verir. Məsələn, tanımadıqları adama kart məlumatlarını verir, bilmədiyi hansısa linkə daxil olmaqla, məlumatlarını ora bildirərək pulunun oğurlanmasına, eləcə də məlumatın itməsinə səbəb olur. Bu cür hallarda vətəndaşların diqqətli olmasında fayda var”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO