Bakıdan Antalyaya uçan təyyarə təcili geri qaytarıldı

Bakıdan Antalyaya uçan təyyarə təcili geri qaytarıldı

Hazırda oxunan: Bakıdan Antalyaya uçan təyyarə təcili geri qaytarıldı

24503

Azərbaycan Hava Yolları" (AZAL)  aviaşirkətinin Bakı-Antalya istiqamətində reys yerinə yetirməyə hazırlaşan Airbus A320 təyyarəsi texniki səbəbdən dayanacağa qayıdıb. 

Bizim.Media-ya “Azərbaycan Hava Yolları” QSC-dən verilən  məlumata görə, hava gəmisinin kapitanı təyyarənin sol mühərrikində titrəyiş olduğunu müəyyən etdikdən sonra havaya qalxmamaq barədə qərar qəbul edib.

Sonradan aparılan baxış nəticəsində mühərrikə quş düşdüyü aşkar edilib.  Təyyarədə olan 142 sərnişin aviaşirkətin digər təyyarəsi ilə Antalyaya uçacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO