Bakıda qadın evinin soyuducusunda 4 kq narkotik gizlətdi – FOTO/VİDEO

Bakıda qadın evinin soyuducusunda 4 kq narkotik gizlətdi – FOTO/VİDEO

Hazırda oxunan: Bakıda qadın evinin soyuducusunda 4 kq narkotik gizlətdi – FOTO/VİDEO

244991

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Bizim.Media xəbər verir ki, daxil olan məlumat əsasında Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində 25 yaşlı Kübra Ağamirzəyeva və 29 yaşlı Natiq Adıgözəlov narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün saxlanılıblar.
 

Onlardan psixotrop maddə metamfetamin və narkotik vasitə heroin götürülüb.


K.Ağamirzəyevanın yaşadığı evə baxış zamanı isə əlavə olaraq soyuducunun buzluq yerindən 4 kiloqrama yaxın heroin və metamfetamin də aşkarlanıb.

Bu şəxslər ifadələrində narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiklərini və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduqlarını bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Polisin ölkəboyu narkotik vasitə və psixotrop maddələrə qarşı mübarizə tədbirləri fasiləsiz davam etdirilir.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO