Döş xərçəngi diaqnozu və bu xəstəlikdən dolayı ölüm hallarının yaxın onilliklərdə bütün dünyada kəskin şəkildə artacağı gözlənilir.
Bizim.Media xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin (IARC) yeni proqnozlarında qeyd edilib.
“2022-ci ildə 2,3 milyon qadına bu xərçəng diaqnozu qoyulub, onlardan 670 mini ölümə məhkumdur. Hər 20 qadından birinə həyatı boyu döş xərçəngi diaqnozu qoyulacaq ki, bu da onu qadınlar arasında ən çox yayılmış xərçəng forması halına gətirir. 2050-ci ilə qədər dünyada süd vəzi xərçəngindən ölüm hallarının sayı 68%, yeni halların sayı isə 38% artacaq. Hər dəqiqə dörd qadına döş xərçəngi diaqnozu qoyulur və onlardan biri bu xəstəlikdən ölür. Statistika getdikcə pisləşir",- deyə proqnozda bildirilib.
ÜST xəbərdarlıq edir ki, inkişaf etməkdə olan ölkələr qeyri-mütənasib yük daşıyacaqlar.
Ayşən Rəhim, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:10 / 19.04.2025
Dörd qadından biri bu xəstəlikdən öləcək: ÜST-dən dəhşətli proqnoz
Hazırda oxunan: Dörd qadından biri bu xəstəlikdən öləcək: ÜST-dən dəhşətli proqnoz
Hazırda oxunan: Dörd qadından biri bu xəstəlikdən öləcək: ÜST-dən dəhşətli proqnoz
244981
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.