Xətai rayonunda yerləşən iaşə obyektində zəhərlənənlərin sayı 51-ə çatıb.
Bu barədə Bizim.Media -ya TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, bundan əvvəl 36 nəfərin hospitalizasiyasından əlavə olaraq 7 nəfər Kliniki Tibbi Mərkəzə, 8 nəfər isə Sabunçu Tibb Mərkəzinə birbaşa özü müraciət edib.
Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslərin hər biri ambulator müalicə üçün artıq evə buraxılıb.
12:12
Xətai rayonunda yerləşən iaşə obyektində müxtəlif saatlarda zəhərlənmə şübhəsi ilə ümumilikdə 36 nəfər olmaqla, 25 nəfər Kliniki Tibbi Mərkəzə, 10 nəfər Sabunçu Tibb Mərkəzinə, 1 nəfər isə Respublika Pediatriya Mərkəzinin nəzdində olan Sabunçu Uşaq Yoluxucu Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə Bizim.Media-ya TƏBİB-dən bildirilib.
MÖVZU İLƏ BAĞLI:
“Venesiya” şadlıq evindəki kütləvi zəhərlənməyə görə ARAŞDIRMA BAŞLADI
Qeyd olunub ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə aprelin 18-də saat 22:30 radələrində çağırış daxil olub.

Bizim.Media