Xocalı Soyqırımı şahidindən Babayana: “Qardaşımın yerini de, heç olmasa sümüklərini tapaq”

Xocalı Soyqırımı şahidindən Babayana: “Qardaşımın yerini de, heç olmasa sümüklərini tapaq”

Hazırda oxunan: Xocalı Soyqırımı şahidindən Babayana: “Qardaşımın yerini de, heç olmasa sümüklərini tapaq”

244931

Xəbər verdiyimiz kimi bu gün Ermənistanın hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesi davam etidirilib.

Bizim.Media xəbər verir ki, zərərçəkmiş şəxslər sərbəst ifadə verib, dövlət ittihamını müdafiə edən prokurorlar, zərərçəkmiş şəxslərin nümayəndələri və müdafiəçilər tərəfindən onlara ünvanlanmış sualları cavablandırıblar.

Prosesdə Xocalı soyqırımında iştirakı müəyyən edilmiş təqsirləndirilən şəxs Madat Babayan dindirilib.

Zərərçəkmiş şəxs Yaşar Əlməmmədov söz alaraq Madat Babayana itkin düşmüş qardaşı barədə sual verərək deyib:

“Mənim qardaşım Namiqi sənin dəstən apardı. Haraya aparmısan? Qardaşımın yerini de, heç olmasa sümüklərini tapaq. Onun arvadı həmin vaxt hamilə idi, oğlu oldu. İndi qardaşımın oğlunun 33 yaşı var, dərddən başı ağarıb. Qardaşım haradadır? Yerini de!”.

M.Babayan isə cavabında Namiq Əlməmmədovu tanımadığını iddia edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO