Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən qazinin SON DURUMU – FOTO

Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən qazinin SON DURUMU – FOTO

Hazırda oxunan: Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən qazinin SON DURUMU – FOTO

244880

Xəbər verdiyimiz kimi, 44 günlük Vətən müharibəsində göstərdiyi misilsiz şücaətlə tanınan, lənkəranlı kapitan, Vətən müharibəsi qazisi Anar Bağırov epileptik status diaqnozu ilə təcili olaraq Lənkəran Mərkəzi Xəstəxanasına yerləşdirilib

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 1976-ci il təvəllüdlü qəhrəman zabitin vəziyyətinin kritik olduğu bildirilir. 

Həkimlərin göstərdiyi intensiv tibbi müdaxilələrə baxmayaraq, həyati təhlükə aradan qaldırılmadığı üçün onun, təcili yardım xidməti ilə Bakıya – ixtisaslaşmış tibb müəssisəsinə aparılması nəzərdə tutulub. 

Qeyd edək ki, Kapitan Anar Bağırov Vətən müharibəsində əksər işğal altında olan rayonlarımızın, o cümlədən Füzuli və Laçının azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib.

Bu döyüşlər zamanı o, iki dəfə ağır yaralanmasına baxmayaraq, döyüş meydanına geri qayıdaraq qələbəyə qədər vuruşub.




Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO