Türkiyədə rezonansa səbəb olan qayınana və kürəkəni həbs edildi

Türkiyədə rezonansa səbəb olan qayınana və kürəkəni həbs edildi

Hazırda oxunan: Türkiyədə rezonansa səbəb olan qayınana və kürəkəni həbs edildi

244879

Türkiyədə televiziya proqramında aralarında eşq münasibətinin olduğu iddia edilən 47 yaşlı qayınana Güldane Şahin və kürəkəni 21 yaşlı Cuma Doğan həbs edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, Sülh Cəza Məhkəməsi tərəfindən açılan araşdırmada qayınana və kürəkən barəsində "xüsusi təhdid" maddəsi ilə həbs qərarı çıxarılıb.

21 yaşlı Cuma Doğanın 21 yaşlı nişanlısı, fiziki məhdudiyyətli Dilek Şahinə şiddət göstərdiyi də iddia olunub.
 

Həmçinin Cumanın fərari olduğu üzə çıxıb. O, həbs olunarkən əməllərindən peşman olmadığını bildirib.


Qeyd edək ki, Esra Erolun proqramında Güldanenin (red.- qayınana) Cumadan 3 aylıq hamilə olduğu ortaya çıxıb. Hadisə Türkiyə ictimaiyyəti tərəfindən rezonansa səbəb olub. Onlar veriliş zamanı polis tərəfindən saxlanılıb. (Olay.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO