Qusarda güclü yağışın fəsadları aradan qaldırılır - FOTO

Qusarda güclü yağışın fəsadları aradan qaldırılır - FOTO

Hazırda oxunan: Qusarda güclü yağışın fəsadları aradan qaldırılır - FOTO

244861

Qusar rayonunda  aprelin 15-i gecə saatlarından başlayaraq aprelin 16-sı gün boyu davam edən leysan yağışının fəsadları aradan qaldırılır. Bu məqsədlə rayon icra hakimiyyəti və rayonun aidiyyəti qurumları tərəfindən tədbirlər davam etdirilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, tədbirlər çərçivəsində Əniq-Suvacal yolunun sel suları tərəfindən yuyulmuş hissəsi bərpa edilib.

Kəndin ərazisində işlər davam etdirilir. Çiləgir-Urva, Kuzun və Zindanmuruq yolları daş, çınqıl və palçıqdan təmizlənib.

Həzrə-Sudur, Həzrə-Zuxul, Qusar-Əniq-Laza avtomobil yollarının müəyyən hissələrində yaranmış qüsurların aradan qaldırılması, bərpası və qardan təmizlənməsi işləri görülür.
 

Qusarçay çayında çay məcrasının tənzimlənməsi, Gündüzqala kəndində sel suları tərəfindən yuyulması nəticəsində qırılmış 57 mm-lik qaz borusu bərpa olunub. Gədəzeyxur və Köhnə Xudat kəndlərində 4 ev və həyətyanı ərazidən su çəkilərək kənarlaşdırılıb. 60 kənddən 40-da elektrik enerjisinin verilişi bərpa edilib. 


Digər yaşayış məntəqələrində baş vermiş fəsadların aradan qaldırılması istiqamətində də işlər davam etdirilir.





















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO